Rusiya qoşunları İvano-Frankovsk şəhərini atəşə tutdu – VİDEO

İvano-Frankovsk səhəri partlayışlarla açıb. Rusiya ordusu Ukraynaya genişmiqyaslı hərbi əməliyyatlar başlayandan bəri şəhərə ikinci dəfə hücum edib.

Qurbanlar və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.

Qeyd edək ki, İvano-Frankovsk vilayəti Ukraynanın qərbində, Rumıniya ilə sərhəddə yerləşir.