Rusiya qoşunları Ukraynanın Kurskda hücumunu dəf etdi

Son 24 saat ərzində Rusiyanın Kursk şəhərində əməliyyatlarda 300-dən çox Ukrayna əsgərinin öldürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, rus qoşunları Ukraynanın Obuxovka istiqamətində başlatdığı əks-hücumunu dəf edib, Kamışevka və Borki istiqamətində iki hücum cəhdinin qarşısını alıb.

“Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri 300-ə yaxın əsgər, 34 zirehli texnika, o cümlədən yeddi tank, iki piyada döyüş maşını, üç zirehli personal daşıyıcısı və 22 zirehli döyüş maşını, bir artilleriya silahı, bir elektron müharibə stansiya, iki maneə vasitəsi və səkkiz motorlu nəqliyyat vasitəsi itirib”, – deyə məlumatda qeyd edilir.

Bildirilib ki, 12 Ukrayna əsgəri təslim olub və əsir götürülüb.

Nəsimi Ələsgərli

COP29