!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya qüvvələrinin işgəncə otaqları: Qızıl dişlər, elektrik naqilləri, seks oyuncaqları... - DƏHŞƏTLİ FAKTLAR / FOTO - VİDEO

!Reklam – Yazi

Ukraynanın şərqindəki Xarkov vilayətinin İzyum şəhərində işgəncə otaqlarında dəhşətli dəlillər tapılıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın Rusiyadan geri aldığı Xarkovda araşdırma aparan səlahiyyətlilər işgəncə otaqlarındakı qutuda qızıl dişlər tapıblar.

Səlahiyyətlilər ərazidə axtarış keçirib və Piski-Radkivski kəndindəki evlərdən birində elektrik kabelləri, kəndirlər, seks oyuncaqları, qaz maskaları və yanmış parçalar aşkar ediblər.

“İşgəncə verən ruslar insanları basdırır, qurbanlarının başına qaz maskası taxır və maskanın qarşısında parça yandıraraq onları boğur”, – deyə Ukrayna rəsmiləri bildirib.

Xatırladaq ki, ötən həftə İzyum şəhərində kütləvi məzarlıqlar tapılmışdı.

www.yenicag.az

614
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv