!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya raketlərinin “QÜDRƏTİ”: “Hədəfə yetişmədən havada dağılırlar” – Hərbi administrasiyanın rəhbəri

!Reklam – Yazi

“İşğalçıların raket arsenalında, yaxud da texniki xidmət planında ciddi problemləri var”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiya raketlərinin imkanlarını dəyərləndirən Ukraynanın Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim deyib.

Onun sözlərinə görə, Rusiyanın raketlərinin döyüş qabiliyyəti biabırçı vəziyyətdədir:

“Bu gün vilayət mərkəzi atəşə tutulmadığı üçün gecə nisbətən sakit keçib. Dünənki raket hücumunda isə atılan 16 raketdən yalnız 12-si hədəfə çatıb.

Bu isə ondan xəbər verir ki, işğalçıların raket arsenalında, yaxud da texniki xidmət planında ciddi problemləri var.

İndi görürük ki, Rusiyanın buraxdığı raketlərin müəyyən hissəsi hədəfə yetişmədən havada dağılırlar.

Məsələn, şəhər parkına düşən raketlərdən biri partlamamışdı”.

www.yenicag.az

370
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv