Rusiya rublu bahalaşdı

Moskva birjasında dolların məzənnəsi martın 23-dən bəri ilk dəfə olaraq 76 rubldan aşağı düşüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, yerli vaxtla saat 13.18-də dolların məzənnəsi 2,13 rubl azalaraq 76,06 rubla, bir dəqiqə əvvəl isə 75,97 rubla düşüb.

Yuanın məzənnəsi 28 qəpik azalaraq 10,97 rubl, avronun məzənnəsi 2,81 rubl azalaraq 83,44 rubl təşkil edib.