Rusiya rublu ilə əməliyyatlar məhdudlaşdırıldı – Azərbaycanda

Azərbaycan banklarının əksəriyyətində Rusiya rublu ilə bağlı əməliyyatların aparılması məhdudlaşdırılıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Beynəlxalq Bankından məlumat verilib.

Qeyd edilib ki, maliyyə bazarlarında Rusiya rublu ilə bağlı yaranmış vəziyyətlə əlaqədar müvəqqəti olaraq İnternetBank xidmətində Rusiya rublunda bütün nağd, nağdsız və kross konvertasiya (alış/satış) əməliyyatlarının aparılması məhdudlaşdırılıb.

Əməliyyatların bərpası ilə bağlı məlumat veriləcək.