Rusiya S-500 sisteminin istehsalına başladı

Rusiyada S-500 “Prometey” yeni hava hücumundan müdafiə və raket hücumundan müdafiə sistemlərinin istehsalına başlayıb.

Yenicag.az xəbər verir ki, bunu “Rostex”in baş direktoru Sergey Çemezov deyib.

“Bu gün bizdə S-500 hazırlanmağa başlayır. Bu, daha müasir kompleksdir (red. – S-400-dən), mən onun haqqında danışmaq istəməzdim”, – Çemezov bildirib.