Rusiya səfərbərliyə hazırlaşır

Rusiyada hərbçilərin əksəriyyəti müharibənin tezliklə sona çatacağına inanmır.

Yenicag.az xəbər verir ki, bu barədə “Kremlyovskaya Tabakerka” Teleqram kanalı Rusiya Baş Qərargah rəisi Valeri Gerasimova yaxın şəxslərə istinadla məlumat yayıb.

“Müharibə tezliklə bitə bilməz, yalnız səfərbərlik tezliklə ola bilər. Boş sözlərə qulaq asmayın, ən yaxşısı döyüş meydanında baş verənlərə baxın. İndi düşünürük ki, cəbhədə belə söhbətləri necə tamamilə qadağan edək. Onlar çox zərərlidir”, – mənbə bildirib.