Rusiyanın Azərbaycandakı Səfirliyi Bakıda gecə klubundakı partlayışla bağlı başsağlığı verib.
Yenicag.az xəbər verir ki, bu barədə səfirlik tviter hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Bakıda baş vermiş faciəvi partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Həmçinin zərərçəkənlər arasında Rusiya vətəndaşlarının olub-olmadığı müəyyənləşdirilir”.