Rusiya səfirliyinə növbəti hücum – Yod dolu butulkalar atılır

4201429dfgRusiya Federasiyasının Kiyevdəki səfirliyinə yenidən hücum edilib.

Hazırda səfirliyin binasına yodla dolu butulkalar atılır.

RF səfirliyinin mətbuat katibi Oleq Qrişin hadisə ilə bağlı açıqlama verib. Bildirib ki, hazırda səfirlik ətrafında təxminən 200 adam var: “Onlar səfirliyə daş atırlar və üzərinə yod tökürlər”.

Xatırladaq ki, martın 6-da səfirlik binası yumurta atəşinə məruz qalmışdı. Hücum Ukraynalı pilot Nadejda Savçenkonun Rusiyada jurnalistlərin ölümündə ittiham olunmasına etiraz məqsədi ilə edilmişdi.(Aznews)