!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Səudiyyə Ərəbistanı və İraqı geridə qoydu

!Reklam – Yazi

Rusiya Hindistanın ən böyük neft tədarükçüsü olmaq üçün Səudiyyə Ərəbistanı və İraqı geridə qoyub.

Yenicag.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, Hindistan oktyabr ayında Rusiyadan təxminən 946 min barel neft alıb. Bu isə onun ümumi neft idxalının 22 faizini təşkil edir. Bu rəqəm Hindistanın Rusiyadan bu günə qədərki ən böyük aylıq tədarükü kimi qeydə alınıb. Oktyabr ayında Hindistan Rusiyadan gündəlik 106 min barel yanacaq idxal edib.

Hindistanın keçmiş ən böyük xam neft tədarükçüsü olan İraq ötən ay ölkənin ümumi idxalının 20,5 faizi ilə ikinci, Səudiyyə Ərəbistanı isə 16 faiz ilə üçüncü yerə düşüb. Ölkənin ümumi xam neft idxalı oktyabrda əvvəlki ayla müqayisədə 5 faiz, Rusiyadan idxal isə 8 faiz artıb. Bundan əlavə, Hindistanın ümumi dəniz idxalında Rusiya mənşəli xam neftin payı da artıb.

Dünyanın üçüncü ən böyük neft idxalçısı olan Hindistan Qərb ölkələrinin Rusiyadan neft alışına tətbiq etdiyi sanksiyalara baxmayaraq, Rusiyadan xam neft almağa davam edir və sanksiyalara əməl etməyəcəyini bəyan edib.

Gülşən

www.yenicag.az

218
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv