Rusiya Səudiyyə Ərəbistanına S-400 satmaqdan imtina edir?

“Səudiyyə Ərəbistanına S-400 havadan müdafiə sistemlərinin satışının reallaşacağı tarix hələ bəlli deyil”

Yenicag.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Moskvadakı səfiri Raed Xalid Qrimli bildirib.

“Müzakirələr hələ davam edir. Yekun qərar qəbul olunmayıb” – deyə Qrimli vurğulayıb.

Qeyd edək ki, Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin 2018-ci ilin fevral ayında S-400 sistemlərinin Səudiyyə Ərəbistanına satışı ilə bağlı bütün sənədlərin imzalandığını və bütün parametrlərdə razılaşdıqlarını bildirmişdi.

Həşim Səhrablı