Rusiya şirkəti Asiyada ilk AES inşasına nəzarəti ələ keçirdi – Fransa kənarda qaldı

“Rosatom” Rusiyanın yeni “Gazprom”udur.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Bloomberg” nəşri məlumat yayıb.

Qəzet yazır ki, “Rosatom” dövlət korporasiyası beynəlxalq əməliyyatlarında əhəmiyyətli artım nümayiş etdirib.

Məlumata görə, 2023-cü ilin sonunda korporasiyanın xarici sifarişlər portfeli 127,1 milyard dollar təşkil edib ki, bu da qlobal nüvə texnologiyaları bazarında güclü mövqedən xəbər verir.

Nəşrin analitiklərinin fikrincə, əvvəlki ildəki 11,8 milyard dollardan 2023-cü ildə 16,2 milyard dollara qədər xaricdən əldə edilən gəlirdə nəzərə çarpacaq artım olub ki, bu da “Rosatom”un beynəlxalq bazarlara uğurlu genişlənməsini vurğulayır.

Həmçinin bildirilir ki, Rusiya Özbəkistanda AES inşasını ələ keçirməklə Fransanı burada kənarda saxlayıb və ruslar Mərkəzi Asiyada ilk AES inşasına nəzarəti ələ keçiriblər.

Rafi Müslümov

COP29