!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya sülhməramlı kontingenti komandanlığının ekoloji monitorinqə şərait yaratmaması...” – Partiya sədri

!Reklam – Yazi

“İctimai fəalların bu dirənişini biz də dəstəkləyir və keçirilən aksiyanın haqlı tələblərdən irəli gəldiyini bəyan edirik”.

Bu fikirləri azərbaycanlı ictimai fəalların və media mənsublarının ermənilərin Qarabağda törətdikləri ekoloji cinayətlərə etiraz olaraq Şuşa-Xankəndi yolunda təşkil etdikləri aksiyanı dəyərləndirən Sosial Rifah Partiyasının (SRP) sədri Əsli Kazımova Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədri aktivistlərin təşkil etdikləri fasiləsiz aksiyanın və iştirakçıların göstərdikləri dirənişin birmənalı dəstəkləndiyini bildirib:

“Dekabrın 12-dən etibarən Azərbaycan QHT-lərinin və ekoloqlarının Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə Şuşa-Xankəndi yolunda keçirdiyi etiraz aksiyası davam edir.

Bəlli olduğu kimi, bu aksiya Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz əlaməti olaraq təşkil edilib.

Dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı ilkin monitorinqə başlamalı idi.

Amma Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqi növbəti təxribat nəticəsində baş tutmayıb. Sülhməramlı kontigentin komandanlığı ilə Azərbaycan tərəfi arasında monitorinqə başlamaq barədə razılıq əldə olunsa da, sülhməramlılarla Qarabağdakı qanunsuz erməni dəstələrinin birgə təxribatı buna imkan verməyib.

Nümayəndə heyəti Rusiya sülhməramlılarının müşayiəti ilə faydalı qazıntı yataqlarına, əsasən “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Bu yolverilməzdir. Azərbaycanın otuz illik işğal dönəmində obyektiv səbəbdən həmin ərazidəki ekoloji vəziyyətə nəzarət edə bilməyib. Ona görə də ərazidə baş verənlərin araşdırılması mütləqdir.

Monitorinqin həyata keçiriləcəyi bölgələr Azərbaycan əraziləridir. Bu, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatda da öz əksini tapıb. Azərbaycan haqlı olaraq, regionun ekoloji vəziyyətini araşdırmaq istəyir. Azərbaycan ictimaiyyətinin də bu dirənişini biz də dəstəkləyir və keçirilən aksiyanın haqlı tələblərdən irəli gəldiyini bəyan edirik”.

A.Zeynalov

www.yenicag.az

403
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv