Rusiya sülhməramlılara yeni komandan təyin olunmasını təsdiqlədi

Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinə yeni komandan təyin edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu vəzifəyə general-polkovnik Aleksandr Lentsov təyin edilib.

O, general-mayor Andrey Volkovu əvəz edəcək./Report/

COP29