Rusiya sülhməramlıları Qarabağa gəldi – VİDEO

Rusiyanın sülhməramlıları Ermənistanın Gorus şəhərindən Qarabağa yollanıblar.

Yenicag.az xəbər verir ki, bu məlumatı “Aysor.am” yayıb.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Qarabağla bağlı bəyanat imzalanıb. Bəyanata əsasən, Qarabağdan Ermənistan ordusu çıxarılmalı və burada Rusiya sülhməramlıları yerləşdirilməlidir.