!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya sülhməramlıları razılığa əməl etməli və ermənilərin nazı ilə oynamamalıdırlar” – Fəzail Ağamalı

!Reklam – Yazi

“Onlar baş verənlərdən nəticə çıxararaq, qondarma rejimin bütün silahlı dəstələrini dərhal tərksilah etməlidirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında məlum üçtərəfli bəyanat əsasında Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin səlahiyyət hədlərini aşmalarına münasibət bildirən millət vəkili Fəzail Ağamalı deyib.

Fəzail Ağamalı sülhməramlıların son davranışlarının, xüsusilə, onların dislokasiya xəritələrindəki hüdudları dəyişdirmələrinin cəmiyyətdə ciddi narazılıq doğurduğunu qeyd edib:

“Rusiya sülhməramlı qüvvələri üçtərəfli razılığa mütləq qaydada əməl etməlidirlər. Sülhməramlıların ermənilərin yaşadığı ərazilərdəki hərəkət və davranışları cəmiyyətimizdə kifayət qədər narazılıq doğurur.

Xüsusi olaraq, qondarma rejimin cinayətkar başçısı Araik Harutyunyanla görüş, onun əski parçasının orada dalğalanması və digər bu kimi hallar erməniləri yenidən şirnikləndirir.

Sülhməramlı qüvvələr bəyannamədə əks olunduğu kimi, fəaliyyətlərində diqqətli olmalı və ermənilərin nazı ilə çox oynamamalıdırlar. Hesab edirəm ki, bir neçə gün bundan əvvəl Hadrutda baş verən hadisələr, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kerçirilən əməliyyat ciddi siqnaldır.

Sülhməramlı qüvvələr bundan nəticə çıxarmalı və Ermənistanın, eyni zamanda, qondarma rejimin bütün silahlı dəstələrini dərhal tərksilah etməlidirlər”.

Aqil Bəkir

www.yenicag.az

864
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv