!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya sülhməramlıları üçtərəfli bəyanatın şərtlərinə əməl etməməklə...” – Hərbi ekspert

!Reklam – Yazi

“Bu kimi faktlar Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradovun diqqətinə çatdırılıb”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin yolverilməz davranışlarını və Azərbaycan cəmiyyətinin buna reaksiyasını şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib.

Ədalət Verdiyev bildirib ki, Rusiya sülhməramlılarının Qarabağda yerləşdikləri dislokasiya xəritəsini yeniləməsi Azərbaycan ictimayyəti tərəfindən çox sərt tənqidə məruz qaldı:

“Bildiyimiz kimi, dekabrın 12-də Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaq qala kəndlərində gizlənən erməni terrorçuları tərəfindən Azərbaycan əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar baş verdi. Nəticədə ölən və yaralananlarımız oldu.

Baş verən hadisəni fürsət kimi dəyərləndirən Rusiya sülhməramlıları dərhal noyabrın 10-da üç ölkənin rəhbəri tərəfindən imzalanan birgə bəyanata zidd olaraq, öz fəaliyyət hüdudlarını daha da genişləndirən xəritə təqdim etməklə, Azərbaycan ictimaiyyətində ciddi narazılıq yaratmışdılar.

Bir gün sonra isə buna bənzər hadisələr Şuşa istiqamətində, Böyük Qala dərəsi və Aşağı Qala dərəsi kəndlərini birləşdirən yolun üzərində baş vermişdi. Bu kəndlərdə də Azərbaycan əsgərinə qarşı təxribat törətsələr də, hərbçilərimiz orada itki vermədən həmin ərazilərdə nəzarəti tam ələ almışdı.

Baş verən hadisələr fonunda Rusiya sülhməramlılarının dislokasiya xəritəsinin yenilənməsi ictimaiyyətin kəskin narazılığına səbəb oldu və yekunda bu özfəaliyyət aradan qaldırıldı. Dekabrın 14-də günün sonuna doğru biz Xocavənd rayonunun kəndlərinin Rusiya sülhməramlılarının fəaliyyət dairəsindən çıxarıldığını gördük”.

Hərbi ekspert qeyd edib ki, Rusiya sülhməramlıları üçtərəfli bəyanatın şərtlərinə əməl etməməklə, regionda gərginliyin yaranmasına yol açırlar:

“Xatırladıram ki, üçtərəfli bəyanatın 4-cü bəndinə görə, Rusiya sülhməramlılarının kontingenti erməni silahlı qüvvələrinin – diqqət etmək lazımdır – Ermənistan silahlı qüvvələrinin yox, erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə əraziyə yerləşdirilməlidir.

Əfsuslar olsun ki, bu bəndin tələblərinə tam əməl olunmayıb. Bu kimi faktlar dünən Dilqəm və Şahbazla bərabər 12 hərbi əsirimizi Bakıya gətirən Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradovun diqqətinə çatdırılıb.

Ümumilikdə, Azərbaycan bu məsələlərdə daha həssas davranıb. Ramil Səfərovun Macarıstandan ekstradisiyası, Milli Qəhrəman Mübariz İbrahimovun nəşinin qaytarılması, indi isə Şahbaz Quliyev, Dilqəm Əsgərov və digər hərbçilərimizin əsirlikdən azad edilməsi bir daha təsdiqləyir ki, bu məsələdə Azərbaycan dövləti və xalqı birlikdə hərəkət edir, bu birgəlik isə öz nəticəsini verir”.

Səxavət Məmməd

www.yenicag.az

830
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv