Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiya sülhməramlılarının MİSSİYASININ PƏRDƏARXASI: "Silah-sursatlar Xankəndinə haradan verilir?" - HƏRBİ EKSPERT

Reklam: Sinerji Pro

“Qarabağdakı gərginliyin ilk səbəbi Ermənistanın Azərbaycanla Rusiya arasındakı münasibətləri pozmaq üçün əlindən gələni etməsidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ermənistan ordusunun Naxçıvan istiqamətində və qanunsuz erməni silahlı dəstələrinin Qarabağda atəşkəsi pozmasına münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev deyib.

Ədalət Verdiyev bildirib ki, Azərbaycan ərazisindən əsgərimizə atəş açılması heç bir halda qəbul edilə bilməz:

“Burada məqsəd rus əsgərinin Azərbaycan tərəfindən açılan cavab atəşi ilə yaralanması və ya məhv edilməsi ilə bağlı ola bilər. Azərbaycan əsgəri atəşkəsi pozan erməniyə cavab atəşi açarsa, o mərminin rus əsgərinə tuş gəlməsi istisna deyil.

Digər məsələ isə Gürcüstan üzərindən mina xəritələrinin Azərbaycana verilməsi bir çox Rusiya hərbi dairələri tərəfindən qəbul edilmir. Bu birmənalıdır. Çünki bu prosesləri Rusiya özü həyata keçirməli idi. Rusiya bunu etməklə həm dominant olduğunu, həm də məsələni ancaq onun həll edə biləcəyini göstərmiş olacaqdı. Ermənilərə heç bir təsir imkanı, orada nə hərbi bazası, nə də sülhməramlısı olmayan Gürcüstanın  çox qısa müddətdə ABŞ və Avropa İttifaqı ilə birgə mina xəritələrini Ermənistandan alıb, Azərbaycana verməsi bir çoxlarını narazı saldı.

Baş verən son hadisələrdə Ermənistanın generalitetinin olduğunu düşünürük.

Köçəryana Rusiyanın münasibətini bilirik. Bütün Rusiya KİV-lərinin Köçəryana qucaq açmasından xəbərimiz var. 40 general Paşinyanın getməsi üçün bəyənat imzalamışdı. Onlardan sadəcə 3-ü vəzifədən gedib. O generallar bilir ki, sabah Paşinyan hakimiyyətdə möhkəmlənərsə, onların işdən çıxarılma və ya həbs olunma ehtimalları var. Ermənistanın vəziyyəti bu proseslərin başlamasına imkan vermir. Köçəryanın özünə qarşı da açılan cinayət işi ləğv edilməyib. Sadəcə Paşinyan möhkəmlənməlidir. Hakimiyyət möhkəmlənməyincə, bu addımlar növbəti narazılıq dalağına gətirib çıxaracaq.

Generallar da hesab edirlər ki, Rusiya ilə Azərbaycanın arasını pozmaqla və yaxud Ermənistanı daha çətin vəziyyətə salmaqla, Paşinyana mane olub, Köçəryanı yenidən gündəmə gətirə bilərlər. Atəşkəsin Paşinyanın əmri ilə pozulmasının və yaxud Köçəryanın adamlarının etməsinin Azərbaycan üçün heç bir fərqi yoxdur. Azərbaycan üçün hədəf bəllidir. Öz ərazilərimizdən əsgərimizə atəş açılıb”.

Hərbi ekspert Azərbaycanın atacağı addımlarla bağlı isə bunları deyib:

“Açılan atəşə anında, həm də sarsıdıcı cavab verilməlidir. Həmin atəş nöqtəsinin külü havaya sovrulmalı, zərurət varsa, həmin əraziyə əsgərlərimizi yerləşdirməklə oranı tam nəzarətə götürməliyik. Ora Azərbaycan əraziləridir. Rusiya da bilir ki, gec-tez Azərbaycan əsgəri orada olacaq. Ermənilər özlərini yaxşı aparmırsa, demək onlar orada olmağa layiq deyillər.

Əslində bu problemin kökündə dayanan Rusiya sülhməramlı qüvvələrinin vəzifələrini tam yerinə yetirməməsidir.

Əgər onlar 8 ay əvvəl 3 tərəfli bəyənnamənin 4-cü bəndini yerinə yetirib, erməni silahlılarını oradan çıxarsaydılar, bu gün Azərbaycan əsgərinə atəş açılmazdı.

Sual yaranır, silah-sursatlar Xankəndinə haradan verilir? Xankəndinin silah-sursat zavodu yoxdur. Müdafiə sənayesi obyektləri də yoxdur. Ötən ilin Tovuz hadisələrindən bu prosesləri izləyirik.

Atəşkəsin pozulması dərhal və sarsıdıcı şəkildə cavablanmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

379
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100