Rusiya Suriya neftini öz adından bazara çıxaracaq – Gizli saziş

Suriya və Venesuela yaxın zamanda öz neftini Rusiya vasitəsilə satmağa başlaya bilər.

OilGas.az Bloomberg agentiyinə istinadən xəbər verir ki, belə bir sxem gizli saziş sənədində öz əksini tapıb.

Sxemə əsasən, Venesuela və Suriya aşağı qiymətlərlə Rusiyaya neft ixrac edəcəklər. Burada neft təmizlənəcək və onun kimyəvi tərkibi Rusiya neftinin standartlarına uyğunlaşdırılacaq. Bundan sonra həmin neft Rusiya şirkəti tərəfindən ABŞ və digər ölkələrə satılacaq.

Sözügedən sxemin Venesuela hakimiyyətinə yaxın neft brokeri Vilmer Ruperti tərəfindən hazırlandığı bildirilir.

Bu plan gündəlik təxminən 50-200 min barel Suriya neftinin tədarük edilməsinə imkan verəcək. Sözügedən sxem üzrə Venesueladan tədarük olunacaq neftin dəqiq həcmi barədə isə məlumat yoxdur.

Yenicag.az

COP29