!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Suriyada nə qazandı, nə itirdi? – Analiz

!Reklam – Yazi

Rusiya ötən ilin sentyabr ayında o zamana qədər kənardan dəstəklədiyi Əsəd rejimini açıq dəstək qərarı aldı. 15 gün içərisində Suriyanın Lazkiyə şəhərindəki Humeymim və Tartus bölgələrində qərargahlar quruldu. Havadan və dənizdən təyyarə, silah-sursat və hərbi personalla oktyabr ayında Rusiya Suriyada döyüşə tam hazır idi.

Yenicag.az “Timetürk” saytına istinadən xəbər verir ki, 1 oktyabr 2015-ci ildə Rusiya Humus və Hamada müxaliflərin əlindəki bölgələrə hava hücumlarına başladı və beləcə 7 ay davam edən bombardman dalğasının ilk addımını atdı.

Rusiya nə qazandı?

Suriyada Əsəd rejimi üçün davam etdirilən hava və quru hücum dəstəyi 7 aydan sonra-Putinin “çəkilin” qərarı ilə dayandı. Hər nə qədər Lazkiyədə rus hərbi təyyarələrinin yerinə gətirilən helikopterlər tamamən geri çəkilmənin tez olduğunu ortaya qoysa da, ağır bombardman təyyarələrinin yoxluğu müxaliflərin xeyli rahatlayacağını ortaya qoyur.

7 ayın sonunda Rusiya böyük əksəriyyəti müxalif (İŞİD deyil) bölgələr olmaqla, 6500 hava hücumu və 4000-dən çox sivil vətəndaşın öldürülməsi ilə nəticələnən hücumları dayandırdı.

Rusiya başda Lazkiyənin sərhədləri, Rakka və Deraada olan 1, 2, 4, 12 və 14-cü bloklardakı təbii qaz ehtiyatlarını əlinə almaq üçün çox fərqli hesablarla girdiyi və qazanclı çıxacağını ümid etdiyi Suriyadan istədiyini əldə etməmişə bənzəyir.

Putin hər nə qədər “33 milyard rubl (təxminən 470 milyon dollar) xərclədik desə də, hər hərbi təyyarənin qalxma maliyyəti 12 min dollar, hər raketin xərcinin 750 min dollar, Suriyadakı rus əsgərinin günlük maliyyətinin toplam 400 min dollar olduğu bilinir. Bunlara əlavə olaraq, Rusiyanın Əsəd rejiminə verdiyi və müxaliflər tərəfindən dağıdılan silah-sursat, BTR, hərbi maşınlar, Türkiyə tərəfindən vurulan təyyarə, öldürülən əsgərləri, əsgər ailələrinə verilən maaşlar da nəzərə alınarsa, Putinin ifadə etdiyi bu “cüzi” rəqəmin həqiqətdən çox uzaq olduğunu deyə bilərik.

Əsəd rejiminin rus müdaxiləsi ilə əldə etdiyi isə yox dərəcəsindədir. Rusların gəlişindən sonra xəritədəki dəyişikliklər Əsəd xeyrinə ən yaxşı halda 2% civarında olduğu görünür.

Bütün bunları nəzərə aldıqda, Rusiyanın “Suriyada məqsədimizə çatdıq” sözlərinin gerçəyi əks etdirmədiyi kimi, Əsədə yardım etmək əvəzinə öz iqtisadiyyatına da zərər vurduğunu söyləmək olar.

Buna Rusiyanın Suriyada itirdiyi yüksək rütbəli zabitləri də əlavə etmək olar…

Qısacası, Rusiya Suriya bataqlığından Kırımdan daha ağır zərərə uğradı…

Nəzərə alsaq ki, Rusiya Suriyada həm də illərlə strateji müttəfiq olduğu Türkiyəni itirdi…

Yenicag.az

www.yenicag.az

760
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv