Rusiya Suriyadakı qoşunlarını Ukraynaya göndərir

Rusiya Federasiyası Suriyadakı mövqelərini tərk edir.

Yenicag.az xəbər verir ki, Rusiya hərbi birləşmələrini çıxararaq onları Ukraynaya yollamağa hazırlaşır.

Ukraynaya göndəriləcək canlı qüvvə və texnika hazırda Suriyada 3 aerodroma cəmləşdirilib.

Rusiyanın Müdafiə Nazirliyi hərbçilərinin çıxarıldığı hərbi bazaları isə İranın “İslam İnqilabı Keşikçiləri Korpusu”na (“Pəsdəran”) və Livandakı “Hizbullah”ın Suriyadakı bölmələrinə təhvil verir.