Rusiya Suriyadan texnikasını çıxardı

Suriyada silahlılar Hələbə nəzarəti gücləndiriblər və cənuba, Əsəd hökumətinin əsas güc mərkəzlərinə doğru irəliləməyə başlayıblar.

Yenicag.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” yazıb.

“Hələbin ələ keçirilməsi həm simvolik, həm də strateji çəkiyə malikdir, çünki ölkənin şimalındakı mühüm nəqliyyat yollarına nəzarət edir”, – nəşr bildirib.

Qeyd olunub ki, Rusiya Ukraynada döyüşmək üçün silah tapmaq səyləri çərçivəsində Suriyadan silah və digər hərbi aktivlərini çıxarıb. Çıxarılan silahlar arasında S-300 hava hücumundan müdafiə sistemi də var.

COP29