!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Suriyanı Xəzərdən raketlə belə vurdu – FOTO,VİDEO

!Reklam – Yazi

118609_res_01Rusiya Müdafiə Nazirliyi Xəzər dənizindəki donanmasından Suriyadakı “İslam Dövləti” (İŞİD) terrorçuların mövqelərinə raket zərbələri endirilməsinin videogörüntülərini yayıb.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Xəzər dənizindəki Rusiya hərbi donanmasından terrorçuların Rakka, İdlib və Hələb şəhərlərindəki hədəflərinə 18 qanadlı raket zərbəsi endirilib.

Xəbər verdiyimiz kimi, noyabrın 20-də Rusiya donanması İŞİD terrorçu qruplaşmasının Suriyadakı mövqelərinə Xəzər dənizindən növbəti dəfə raket zərbələri endirib. Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib. Nazir Xəzər donanmasından atılan bütün 18 raketin hədəfə dəydiyini bildirib. Nəticədə İŞİD-in xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

https://youtu.be/lUBt45-BqoE

Rusiya bundan əvvəl də İŞİD-in mövqelərini Xəzər donanmasından bombardman etmişdi. İlk raket zərbələri oktyabrın 7-də endirilmişdi.

“İŞİD-in mövqelərinə Rusiya Federasiyası hərbi gəmilərinin Xəzər dənizi akvatoriyasından endirdiyi zərbələr yüksək səviyyədə dəqiq silahlardan istifadə olunmaqla həyata keçirilib və bütün hədəflər məhv edilib” – deyə S.Şoyqu o zaman bildirmişdi.

Sergey Şoyqu Vladimir Putinə məruzə edir

Rusiyanın rəsmi açıqlamasından əvvəl də Qərb və Rusiya mətbuatlarında Suriya ərazisinin Xəzər dənizindən bombalanması haqda məlumatlar yayılmışdı. Rusiya raketlərinin uçuş marşrutunun Azərbaycan, Xəzər dənizi, İran və İraq üzərindən keçdiyi göstərilir.

Rusiyanın İŞİD-i məhv edəcəyini qarşısına məqsəd qoyduğu bir vaxtda NATO, ərəb dövlətləri, Avropa İttifaqı ölkələri və digər dövlətlər buna etiraz edir. Onlar Rusiyanın İŞİD mövqelərini deyil, Bəşər Əsədə qarşı döyüşən müxaliflərin ərazilərini bombaladığını deyirlər.

İŞİD Xəzərdən bu marşrutla vurulur

Rusiya həmçinin Türkiyənin hava sərhədlərini pozmaqda günahlandırılır.

Türkiyə isə Rusiyaya Suriyada türkmənlərin yaşadığı ərazilərə zərbələr endirməsi ilə əlaqədar etiraz edib. Türkiyə Rusiya hərbçilərini Suriya türkmənlərinin yaşadığı Bayırbucak qəsəbəsinə aviazərbələr vurmaqda ittiham edir. Noyabrın 25-də isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri planlaşdırılır.

 

Yenicag.az

www.yenicag.az

610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv