Rusiya suverenlik gününü qeyd edir

İyunun 12-də Rusiya Federasiyasında dövlət bayramı – Rusiya Günü qeyd olunur.

Yenicag.az xəbər verir ki, 1990-cı il iyunun 12-də Rusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) dövlət suverenliyi haqqında Bəyannamə qəbul edilib. Bəyannaməni RSFSR Ali Şurasının sədri Boris Yeltsin imzalamışdı.

Ölkənin birinci Prezidenti Boris Yeltsinin 1994-cü il tarixli Fərmanı ilə iyunun 12-i ölkədə bayram elan edilib. İyunun 12-də Rusiyanın bütün ərazisində qeyri-iş günüdür. Həmin gün Rusiyanın şəhər və regionlarında bayram şənlikləri, idman tədbirləri keçirilir./AZƏRTAC/

COP29