Rusiya “Taliban”ı terror qruplaşmaları siyahısından çıxara bilər.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Zamir Kabulov deyib.
Onun fikrincə, “Taliban”ın terror təşkilatı statusu Rusiya və Əfqanıstanın əməkdaşlığına mane olur.
Kabulov qeyd edib ki, Rusiyada bu status ləğv edildikdən sonra Əfqanıstan rəsmilərinin tanınması barədə söhbətlər gedə bilər.
Rafi Müslümov