Rusiya ABŞ-ın hərbi yardımının gəlməsinə qədər olan vaxtdan istifadə edərək, yaxın bir neçə həftə ərzində Ukraynaya qurudan və havadan hücumları gücləndirəcək.
Yenicag.az xəbər verir ki, bu barədə CNN kəşfiyyat məlumatları ilə tanış olan üç məmura istinadən məlumat yayıb.
Mənbələr bildiriblər ki, Rusiya ABŞ-ın Ukraynaya hərbi yardım paketini təsdiqləməsi ilə onun cəbhəyə faktiki gəlişi arasındakı vaxtdan maksimum istifadə etməyə çalışır:
“Yardım təsdiqində aylarla gecikmə Ukrayna üçün həm insan, həm də ərazidə real itkilərə səbəb oldu. İndi ruslar yayın əvvəlində genişmiqyaslı hücum planlaşdırır. Buna nail olmaq üçün Rusiya qismən səfərbərliyi davam etdirdi”. /axar.az