Rusiya təbliğatçıları üçün donuz başı – Kreml mədhiyyəçilərinə “hədiyyə” göndərildi

Rusiyanın rəsmi təbliğatında fəal rol oynayan jurnalist və bloqerlərə gözlənilməz “sürpriz” edilib.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, son bir neçə gün ərzində Rusiyada hakimiyyətyönlü mövqenin ifadəçiləri olan köşə yazarı Timofey Sergeytsev, fotomüxbir Mixail Tereşenko və hərbi ekspert Konstantin Sivkovun mənzilinin qapısına kəsilmiş donuz başı qoyulub.

Tereşenko sentyabrın 19-da, Sivkov sentyabrın 20-də, Sergeytsev isə sentyabrın 26-da həmin “hədiyyə” ilə qarşılaşıb.

Qeyd olunur ki, “hədiyyə”ni Tereşenkoya gətirən kuryerin çantasında axtarış aparılarkən orada daha 4 kəsilmiş donuz başı aşkarlanıb.

“Sürpriz”ə məruz qalan təbliğatçıların hər üçünün bundan əvvəl təhdid mesajı aldığı da bildirilir.