Rusiya təbliğatını bloklamayan provayderlərə XƏBƏRDARLIQ: Reyestrdən çıxarılacaqlar

Ukraynada Rusiya təbliğat resurslarını bloklamayan provayderlər cəzalandırılacaq.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər veri ki, bu barədə Ukrayna Xüsusi Rabitə və İnformasiyanın Mühafizəsi üzrə Dövlət Xidmətinin məlumatında qeyd olunub.

Məlumata görə, Rusiya təbliğat resurslarını bloklamaqdan imtina edən internet-provayderlər telekommunikasiya sisteminə aid operator və provayderlər reyestrindən çıxarılacaqlar:

“Rusiya təbliğatının qarşısını almayan internet-provayderlərin artıq reyestrdən çıxarılmasına başlanılıb. Həmin şirkətləri daha sonra daha sərt sanksiyalar gözləyir”.