Rusiya telekanalı Qazaxıstanda bloklandı

Rusiyanın “Çarqrad” telekanalının Qazaxıstanda yayımı dayandırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin İnformasiya və Sosial İnkişaf Nazirliyi məlumat yayıb.

Dərc olunan məlumata görə, kanala giriş ekstremizmin təbliğatı səbəbindən bağlanıb. Hazırda kanalın saytı bütün Qazaxıstan ərazisində bloklanıb.