Rusiyanın NTV telekanalı təxribata əl atıb.
Telekanal Region TV-nin Azərbaycanın cəbhə bölgəsində lentə aldığı kadrları Ermənistan tərəfinə aid edərək, 2 erməni uşağının öldüyünü bildirib.
TTV (Region TV) xəbər verir ki, NTV telekanalı yayımladığı sujetdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın Moskvadakı nümayəndəsi Albert Andryanın açıqlamalarına da yer verərək ikinci təxribata əl atıb.