Rusiya telekanallarının Ermənistanda bağlanması müzakirə olunur

Ermənistanda yayımlanan Rusiya dövlət telekanalları bağlana bilər.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan deyib.

Onun sözlərinə görə, hazırda Ermənistanda yayımlanan Rusiya dövlət telekanallarının fəaliyyətinə nəzarət edilir: “Məsələ diqqət mərkəzindədir, biz sazişin nazirlik tərəfindən imzalandığından xəbərdarıq, müvafiq addımlar atacağıq”.

Nazir bildirib ki, sözügedən kanalların bağlanması mövzusu müzakirə olunur: “Müvafiq addımları nəzərdə tutan razılaşma var, pozuntular olarsa, biz bu addımlardan istifadə edəcəyik”.