Rusiya televiziya kanallarına kiber hücum edildi – FOTO

Mayın 9-da internet vasitəsilə yayımlanan bir çox Rusiya kanalları haker hücumuna məruz qalıb.

Belə ki, bu telekanalların veriliş şəbəkəsi söndürülüb, televerilişlərin adlarının yerinə isə “Əllərinizdə qan var” yazısı peyda olub.

Bu yazı Pervıy Kanal, NTV və bir sıra digər kanalların proqramlarında ortaya çıxıb və bir neçə saat ərzində qalıb.