Rusiya təyyarələri müxalifləri bombaladı: 81 ölü – FOTOLAR

52076-300x185Suriyada Rusiya təyyarələrinin müxaliflərin nəzarətindəki bölgələri bombardman etməsi nəticəsində onlarla insan ölüb və yaralanıb.

Rusiya təyyarələri 5 şəhərə bomba yağdırması nəticəsində 81 dinc sakin ölüb, 135-ə yaxın insan isə yaralanıb.
Suriyanın şimalındakı Hələb şəhərində Merce məhəlləsinin bombalanması zamanı 10 nəfər ölüb, 15 nəfər isə yaralanıb.
Bu arada, Rusiya ordusuna məxsus döyüş təyyarələrinin Hələbin şimalındakı Mare rayonunda terror təşkilatı İŞİD terrorçuları ilə cəbhə xəttində yerləşən müxaliflərin qərargahı bombardman edilib.
İki həftə əvvəl isə Rusiya Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Suriyanın İdlib şəhərində bazarı bombardman edib. Rusiya təyyarələrinin müxaliflərin nəzarəti altında olan Eriha rayonuna bağlı bazarın bombardman etməsi nəticəsində 40 nəfər ölüb, 70 nəfər isə yaralanıb.
Şəhərə çox ciddi maddi ziyanın dəydiyi bildirilir. İŞİD terrorçu qruplaşması ilə mübarizə çərçivəsində Suiyaya gələn Rusiya ordusuna aid döyüş təyyarələri Homs, Hama və İdlib şəhərilərində müxaliflərin nəzarəti altında olan dinc sakinlərin məskunlaşdığı yerlər bombalanır.
Rusiya tərəfi isə iddia edir ki, onlar dinc sakinlərin olduğu bölgələri deyil, İŞİD terrorçularının mövqelərini bombardman edirlər. Rusiya ordusu bu ilin sentyabrın 30-dan Suriya ərazisində İŞİD terrorçu qruplaşmasına qarşı həbri əməliyyatlara başladığını elan edib.(ans)