Rusiya təyyarəsinin vurulması ilə əlaqədar NATO-da – Təcili iclas

nato_summit_esasNATO Rusiya məxsus Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulması ilə əlaqədar təcili iclas çağırıb.

Bu barədə “Frans Press”in yaydığı xəbərdə deyilir.

Qeyd edək ki, bu gün səhər Rusiyaya məxsus Su-24 hərbi təyyarəsi Türkiyə hava sərhədini pozduğu üçün vurulub. Katapult edən pilotlardan biri yerə düşərkən ölüb, digəri isə sağ qalıb.

Təyyarənin vurulmasından 20-25 dəqiqə sonra türkmənlərin mövqeləri güclü atəşə məruz qalıb.

Vurulan Rusiya təyyarəsinin yerdə partlaması nəticəsində iki Türkiyə vətəndaşı yaralanıb. Onlar Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətinin Yayladağ rayonunun Dutlubahçe kəndinin sakinləridir(APA).