Rusiya ərazisində turizm raketləri üçün ilk şəxsi kosmodrom Nijni Novqorod və ya Kazanda inşa edilə bilər.
Yenicag.az xəbər verir ki, hazırda region rəhbərləri ilə danışıqlar aparılır. Danışıqlar başa çatdıqdan sonra hansı regionla bağlı məsələlər həllini tapsa, inşaat işləri də orada aparılacaq.
Turistləri kosmosa aparmaq layihəsini “KosmoKurs” şirkəti hazırlayıb. Şirkət təxminən 200 kilometr yüksəklikdə uçuşlar aparmağı planlaşdırır. Biletlərin qiyməti isə 200-250 min dollar arasında dəyişəcək./Axar.az/