Rusiya və Türkiyə 2020-ci ildə ikinci dəfə S-400 raket müdafiə sistemləri ilə bağlı müqavilə imzalayacaq.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, hər iki ölkə müdafiə sahəsindəki əməkdaşlığını daha da gücləndirməyi planlaşdırır. Belə ki, tərəflər 2020-ci ildə ilk təslimat başa çatdıqdan sonra ikinci dəfə S-400 müqaviləsi bağlayacaqlar. Bu müqavilənin şərtləri isə 2021-ci ildə həyata keçiriləcək.
Qeyd edək ki, 2020-ci ildə Türkiyə S-400-ə sahib ilk NATO ölkəsi olacaq.