Moskva “Azov” komandirlərinin Ukraynaya qaytarılması ilə bağlı mövqeyini Ankaraya çatdıracaq. Bu, üzbəüz olacaq.
Yenicag.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Türkiyə razılaşmaları pozub: “Rusiya “Azov”un rəhbərlərinin geri qayıtması ilə bağlı vəziyyəti Türkiyə ilə müxtəlif sahələrdə müqavilələrdə nəzərə alacaq. Rusiya mövqeyini Türkiyəyə çatdırmaq üçün müxtəlif yüksək səviyyəli kanallardan istifadə edəcək”.
Kremlin sözçüsü, həmçinin qeyd edib ki, Putinin Türkiyəyə səfər tarixi hələlik məlum deyil: “Telefon danışığı gündəlikdə yoxdur. Amma liderlər bunu sürətli şəkildə koordinasiya edə bilərlər. Rusiya Türkiyə ilə münasibətləri davam etdirmək niyyətindədir”.