Türkiyə Müdafiə Nazirliyindəki mənbə Ukraynanın Mariupol şəhərində türklərin təxliyəsi ilə bağlı Rusiya Müdafiə Nazirliyi ilə aparılan iş və koordinasiya nəticəsində yollardakı minaların Rusiya tərəfindən təmizləndiyini bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Humanitar dəhlizlərin açılması, avtobus və yük maşınlarının şəhərə daxil olması üçün səylərin davam etdiyi vurğulanıb, Türkiyə vətəndaşlarının ən qısa zamanda Mariupoldan təxliyəsinin gözlənildiyi bildirilib.