!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya TÜRKSOY-la əməkdaşlığı dayandırır

!Reklam – Yazi

abbe24e1a25a0d8c7e47bc2911b73bdaRusiyanın “Su24” hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması ilə əlaqədar Rusiya Federasiyası hökuməti Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olan TÜRKSOY-la əməkdaşlığı dayandırmaq qərarına gəlib.

Bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiyanın mədəniyyət naziri Vladimir Medinski federasiyanın Altay, Başqırdıstan, Saxa, Tatarıstan, Tuva, Xakasiya respublikalarının hökumətlərinə TÜRKSOY-la əlaqələrin dərhal dayandırılması barədə teleqram göndərib.

Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, “Su24” insidenti ilə bağlı Türkiyə üzr istəmədiyi üçün Rusiya TÜRKSOY-la razılaşmanı dondurmalıdır.

Qeyd edək ki, Rusiya təşkilata daxil olmasa da, onun tərkibində olan türkdilli respublikalar TÜRKSOY-da müşahidəçi statusuna malikdir.

Türkdilli ölkələri birləşdirən TÜRKSOY 1993-cü ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin iştirakı ilə Almatıda yaradılıb. Təşkilatın əsas qayəsi türk xalqlarına məxsus ümumi mədəni irsin gələcək nəsillərə çatdırılmasıdır(APA)

www.yenicag.az

462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv