Rusiya gəmiləri Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Komandanlığı 2 zirehli – “Berdyansk” və “Nikopol” kateri, həmçinin “Yana Kapu” yedək gəmisinin Rusiya tərəfindən zəbt edildiyini təsdiqləyib.
İnsident zamanı Ukraynanın 1 hərbçisi vəfat edib, 1 hərbçisi isə yaralanıb.
Qeyd edək ki, insidentin ardından Rusiya Su-25 qırıcıları və Ka-52 hücum helikopterlərini qaldırıb.