!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna danışıqlarının nəticəsi ilə bağlı TƏFƏRRÜAT

!Reklam – Yazi

Moskva və Kiyev nümayəndə heyətləri arasında Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlar başa çatıb, tərəflər ikinci raundun keçirilməsi barədə razılığa gəliblər.

Yenicag.az xəbər verir ki, bu bardə “RİA Novosti” məlumat yayıb.

Görüş Belarusun Qomel vilayətində keçirilib, təxminən beş saat davam edib.

Rusiya nümayəndə heyətinin üzvü Vladimir Medinski bildirb ki, bu müddət ərzində iştirakçılar bütün gündəliyi ətraflı şəkildə nəzərdən keçiriblər. Onun sözlərinə görə, ortaq mövqelər proqnozlaşdırılıb və mümkün olan məqamlar tapılıb.

Eyni zamanda Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr komitəsinin sədri Leonid Slutskidə görüşlə bağlı fikirlər səsləndirib.

“Rusiya Federasiyası və Ukraynanın nümayəndə heyətləri irəliləyiş əldə edilə biləcək mühüm bəndləri tapdılar. Ukrayna nümayəndə heyəti dinləməyə və aktual məsələlərin ətraflı müzakirəsində iştirak etməyə hazır idi”, -deyə Belarusdakı keçirilən görüşdə iştirak edən Rusiya nümayəndəsi heyətinin üzvü vurğulayıb.

Öz növbəsində, Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, tərəflər spesifik həll yollarının təsvir olunduğu prioritet mövzular müəyyən ediblər.

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv