Nə qədər ki, Ukrayna ordusu Rusiyanın ərazisindən “çıxarılmayıb”, Rusiya Ukrayna ilə danışıqlar aparmayacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “Rusiya-24” telekanalına müsahibəsində bəyan edib.
“O vaxta qədər ki, biz onları öz ərazilərimizdən çıxarmamışıq, təbii ki, biz onlarla heç bir danışıqlar aparmayacağıq”, – deyə o bildirib.
Şoyqu həmçinin qeyd edib ki, Rusiya Ukrayna ilə heç vaxt danışıqlar aparmayıb, aparmır və aparmayacaq, “çünki Kursk AES-ə qarşı nüvə terrorizmi həyata keçirmək cəhdi – bu, terrorizmin ən yüksək səviyyəsidir”. “Yəni Kursk AES-i ələ keçirmək arzusu və cəhdi olub. Xoşbəxtlikdən bu, baş tutmadı,” – deyə o əlavə edib.
Nəsimi Ələsgərli