!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Rusiya-Ukrayna müharibəsi" SSENARİSİ: "Bu savaşın tam qalibi olmayacaq" - Politoloq

Reklam: Sinerji Pro

“Ukrayna NATO-ya üzv olarsa bu, Rusiyanın beynəlxalq təsir gücünü xeyli zəiflədəcək və hətta onu qlobal hərbi-siyasi rəqabətdən kənara atacaq. Odur ki, Rusiya ən kritik addımlarını da atmaqdan çəkinməyəcək”.

Bu fikirləri Ukrayna ətrafında gedən proseslər, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması və Rusiyanın atacağı mümkün addımlar haqqında danışarkən politoloq Nəsimi Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Nəsimi Məmmədli bildirib ki, SSRİ dağıldıqdan sonra faktiki olaraq ABŞ dünyanın siyasi-hərbi nizamında həlledici rola sahib oldu:

“Varşava Müqaviləsi Təşkilatı” buraxıldıqdan sonra NATO-nun da öz funksiyasını bitirəcəyi düşünülürdü. Lakin Sovet təhlükəsi ortadan qalxsa da, NATO-nun Şərqə doğru genişlənməsi prosesi başladı. SSRİ ilə hərbi rəqabətdə NATO-nun 14 üzvü var idi, SSRİ-nin süqutundan sonra NATO-ya 16 yeni üzv qəbul edildi. Bu isə faktiki olaraq Rusiyanın sərhədlərinə doğru sürətli irəliləmə idi. Təbii ki, tədricən güclənən, əlindəki strateji silahlarla hərbi rəqabətdə xüsusi çəkisi olan Rusiya bu məsələyə səssiz qalmadı.

“Bu genişlənmə hansı zərurətdən yaranmışdı?” sualının cavabı bu gündə mübahisəlidir. “NATO-nun varlığı qlobal sülhə, yoxsa gərginliyə xidmət edir?” sualı da mübahisəlidir.

Ukrayna Avropanın ən böyük dövlətlərindən biridir. Hazırda ən həlledici rəqabət məhz Ukrayna üzərindədir. Nə ABŞ, nə də Rusiya Ukrayna böhranında geriyə addıma ata bilir. Rusiya Ukraynanı öz “qırmızı xətti” adlandırır, ABŞ isə bu “qırmızı xətti” qəbul etmir. Hansı tərəf geri addım atarsa, onun geosiyasi aqibəti məlumdur. Məhz bu baxımdan müharibə ehtimalı realdır.

Lakin bu müharibənin tam qalibi yoxdur. Tərəflərin hamısı itirər. Xüsusilə də ABŞ-nin strateji müttəfiqləri olan Avropa ölkələri bu hərbi qarşıdurmanı arzulamır. Müharibədən ən çox onlar zərər çəkə bilər. Diqqət etdinizsə, ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Valdimir Putinlə görüş öncəsi avropalı müttəfiqlərinin ayrı-ayrılıqda fikirlərini öyrəndi. Məncə, itirməkdən ən çox qorxan tərəf müvəqqəti olsa da, geri addım atacaq”.

Politoloqun sözlərinə görə, qarşıdurma baş verərsə, bizim regionumuza da çox mənfi təsirləri olacaq:

“Xüsusilə də Türkiyənin durumu çox mürəkkəb ola bilər. Türkiyə NATO üzvüdür, ABŞ-nin hərbi müttəfiqidir. Rusiya isə geosiyasi, iqtisadi-ticarət münasibətlərinin ən üst səviyyədə olduğu ölkədir. Habelə, Ukrayna ilə siyasi-hərbi əlaqələr çox yaxşıdır. Azərbaycan da Türkiyə ilə oxşar vəziyyətdədir. Müharibə baş verərsə, bunun bizə mənfi təsirləri ola bilər”.

Səxavət Məmməd

www.yenicag.az

374
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100