Rusiya-Ukrayna müharibəsi: Tərəflər hansı güzəştlərə razılaşa bilər?

“Rusiya-Ukrayna müharibəsi iki xalq arasında dərin çatlar yaradıb”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O, Rusiya-Ukrayna müharibəsində fonunda istər Rusiya, istərsə də Qərbdə artan gərginliyin mövcud proseslərə təsirindən danışıb.

Politoloqunsözlərinə görə, bu münaqişə ətrafındakı proseslər hər iki tərəf üçün neqativ tendensiya vəd edir:

“Müharibə başlayandan indiyə qədər nə Ukrayna Rusiyanın, nə də Rusiya Ukraynanın tələblərini yerinə yetirib. Yalnız diplomatik kanallar vasitəsilə keçirilən görüşlər dönüş yarada bilər. Lakin bu belə, həll yolu deyil. Çünki dərin geopolotik səbəblər münaqişənin qısa müddətdə həllinə imkan yaratmır. Yaxın perspektiv üçün tərəflərin müəyyən güzəştlərlə hansısa formada razılaşacağını gözləmək olar. Ancaq istənilən halda, Rusiya-Ukrayna müharibəsi iki xalq arasında dərin çatlar yaradıb. Bir sözlə, proseslərin müsbətə doğru istiqamətlənməsi üçün müəyyən qədər vaxt lazımdır”.

Nəsimi Ələsgərli

COP29