!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsinin DÖRDÜNCÜ GÜNÜ: "Kremlin iki yolu var" - TƏHLİL

!Reklam – Yazi

“Rusiya hərbi kəşfiyyatının Ali Baş Komandanlığı yanlış məlumatlandırması onları çox pis vəziyyətə salıb”.

Bu fikirləri Ukrayna-Rusiya müharibəsinin geridə qalan dördüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, Rusiya Silahlı Qüvvələrinin hərbi komandanlığı sahədə nə operativ, nə də strateji hədəflərinə nail ola bildi:

“Hərbi tapşırıqlar qoyulduğu vaxtlara görə ciddi qarşılıq gördüyü üçün həyata keçirilə bilmir. Xüsusən də Rusiya silahlı qüvvələrinin sahədə verdiyi itkilər baxımından Ukrayna ordusunun əli gücləndi.

Ukrayna tərəfinin döyüşlərin nəticəsi ilə bağlı yaydığı məlumatda deyilir:

“Rusiyanın Ukraynaya qarşı apardığı xüsusi hərbi əməliyyatın beşinci günü saat 6-ya qədər olan məlumata görə, Rusiyanın 29 təyyarəsi, 29 vertolyotu, 191 tankı, 816 zirehli döyüş maşını, 74 topu,1 “BUK” zenit-raket kompleksi, 21 “Qrad” qurğusu, 291 avtomobil texnikası, 60 sisterna, 3 dronu, 2 gəmi/qayığı, 5 hava hücumundan müdafiə texnikası məhv edilib”.

Rusiya tərəfi döyüşlərlə bağlı konkret məlumat verməkdən çəkinir. Rəsmi olaraq uğurlar qazandıqlarını bildiriblər. Say verməsələr də, ölən və yaralananların olmasını rəsmi olaraq açıqlayıblar.

Dördüncü günə baxdıqda demək olar ki, Ukrayna ordusu sahədə taktikanı necə istəyirsə, elə də qura bilir. İstədikləri kimi müharibəni idarə edirlər. Necə ki Rusiya Quru Qoşunlarının hücum-müdafiə taktikasını ukraynalılar sahədə alt-üst etdilər. Döyüşlərin gedişində Ukrayna ordusu müharibəni hibrid savaşa çevirdi. Rusiyanın xüsusi təyinatlılarını, diversantlarını və ehtiyat qüvvələrini kalonlarla ölkənin daxilinə çəkməklə çox rahatlıqla hədəfə çevirirlər. Ukrayna ordusu ilə yanaşı, muzdlular, əhali tərəfindən yaradılmış özünümüdafiə batalyonları da döyüşlərin gedişinə təsir edir. Bu barədə mətbuatda heç nə səsləndirilmir. Danimarka açıq elan etdi ki, qeyri-nizami hərbi qurumlarını artıq Ukraynaya göndərməyə razılıq verib. Qeyri-nizami qurumlar könüllülərdir. Ukraynada könüllülərdən ibarət müdafiə cəbhəsi yaranıb. Görünən odur ki, dünyada hansısa ölkə birbaşa hərbi gücü ilə müdaxilə etməsə də, qeyri-nizami bölmələrini bölgəyə göndərməyə maraqlı olacaqlar. Bu da Ukraynanın müdafiə gücünə güc qatacaq. Bunun fonunda Rusiya hərbi-siyasi rəhbərliyi çox böyük xəyal qırıqlığına uğradı. Rusiya prezidentinin artıq nüvə başlığı daşıyan ballistik raket hərbi hissələrinə, strateji hərbi hissələrə yüksək döyüş hazırlığı əmri verməsi, əslində, siyasi-hərbi rəhbərliyin çarəsizlik sindromuna düşdüyündən xəbər verir. Bu o deməkdir ki, ordu Ali Baş Komandanın direktivlərini sahədə həyata keçirə bilmir. Nəticə etibarı ilə elə bir vəziyyət yaranıb ki, Rusiya hərbi kəşfiyyatının Ali Baş Komandanlığı yanlış məlumatlandırması onları çox pis vəziyyətə salıb. Bu aldatma nəticəsində də Rusiya atom silahını qorxuducu qüvvə kimi göstərməklə Ukraynanı anlaşma masasına oturmağa məcbur etmək istəyir. Görünən odur, Rusiya özü masaya oturmaq istəyir ki, bu biabırçılıq sonlansın.

Bu gün çox mühüm gün olacaq. Artıq Rusiyaya qarşı embarqoların tətbiqi maksimum həddə çıxacaq. BMT-də qərarlar qəbul olunacaq. 5-ci gün sahədə və siyasi masada ən mühüm günlərdən biri olacaq”.

Hərbi ekspertin sözlərinə görə, NATO və Rusiyaya qarşı olan digər güclər qeyri-hərbi ünsürlərlə sahədədir:

“Ukraynaya muzdlular gəlir, hava hücumundan müdafiə, tank əleyhinə vasitələr verirlər. Bunun hər biri həm də bir mütəxəssisdir. Bu həm də Ukraynanın nizami hərbi birliklərini də gücləndirir. Eyni zamanda, digər güclər sahədədirlər, ancaq görünmək istəmirlər. Çünki hər bir halda bunun hüquqi bazasını Rusiya təsdiq etmiş olsa, NATO ilə müharibə edirmiş kimi bir eyfariyaya girib başqa hərbi qərarlar verə bilər. Ona görə də NATO sahədə olanları öz üzərinə götürmür. Ancaq onlar sahədədirlər.

Danışıqların nəticəsinə görə, Rusiya ya geri çəkiləcək, ya da fərqli hərbi qərarlar verəcək. Ona görə də müharibə ilə bağlı kritik gün bu gündür. Bundan əlavə, Rusiya siyasi dairələri bu qədər artan templə verilən itkilərin altından çıxa bilməz”.

Səxavət Məmməd

www.yenicag.az

778
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv