Rusiya-Ukrayna savaşı və Qarabağ: “Yaranmış fürsətdən istifadə edərək…” – Partiya sədri

“Erməni silahlılarını Qarabağdan təmizəmək üçün meydan açıqdır”.

Bunu Rusiya-Ukrayna müharibəsi fonunda Qarabağdakı gərginliyin artmasını dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında söyləyib.

Elşad Musayev bildirib ki, Ukrayna-Rusiya müharibəsi fonunda Qarabağda da vəziyyətin gərginləşdiyini gözləmək olar və bunun üçün əsaslar var:

“Azərbaycan hazır vəziyyətdə olmalıdır. Laçın, Kəlbəcər, Xocalı istiamətində bəzi hərəkətliliyin olması barədə informasiyalar var. Erməni mətbuatında çox ciddi narahatlıq var. Təəssüflər olsun ki, ənənəvi olaraq bizim informasiya kanalımız bağlıdır. Azərbaycan tərəfindən heç bir məlumat ala bilmirik. Ona görə də məlumatı kənardan almalı oluruq.

Bütün hallarda müəyyən gərginliklər olacaq. Ermənilər verdikləri sözə əməl etmirlər. Rusiya sülhməramlılarının getməsi barədə informasiya var. Başqa bir məlumat da verildi ki, rusların Qarabağda sayı çox olub, indi onları çıxarırlar. Düşünürəm ki, yaranmış fürsətdən yararlanaraq problemin həlli üçün lazımi addımı atmalıyıq.

İnformasiya yayılıb ki, ruslar gedəndən sonra onların yerinə erməni silahlıları dolub. Onsuz da, erməni sialahlıları ərazidə idi”.

Səxavət Məmməd

COP29