!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 123-cü GÜNÜ: Kremlin Kiyevi vurmaqda məqsədi nədir? - TƏHLİL

!Reklam – Yazi

123 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 119 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 553 ədəd, səhra artilleriyası və minaatanlar – 759 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 244 ədəd, HHM sistemi – 100 ədəd, təyyarələr – 216 ədəd, helikopterlər – 182 ədəd, qanadlı raket – 143 ədəd, PUA – 628 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 610 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 686 ədəd, səhra artilleriyası və minaatanlar – 2 029 ədəd, YARS – 551 ədəd, HHM sistemi – 357 ədəd, təyyarələr – 207 ədəd, helikopterlər – 131 ədəd, PUA – 1 252 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz iyirmi üçüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 123-cü gün Kiyev şəhərinin raketlərlə bombalanması ilə başlayıb:

“Rusiya–Ukrayna müharibəsinin 123-cü günü bizim Silahlı Qüvvələrimizin yaranmasının 104-cü ilinə təsadüf etdi. Bu səbəblə ordumuzun yaranmasında əməyi keçən hər kəs daxil, bizi müzəffər xalq edən bütün ordu mənsublarını təbrik edirəm. Şəhidlərimizin ruhu şaddır inşallah.

123-cü gün Kiyev şəhərinin raketlərlə bombalanması ilə başladı. Gün ərzində Ukrayna ərzisinə 50-dən çox qanadlı raket zərbələri endirildi. Rusiya hərbi beyin mərkəzi raket zərbələrinin intensivliyini Kiyevə yönəltməklə əməliyyatlar teatrında yeni vəziyyət yaratdı. Kiyevə atılan 15 qanadlı raketdən 11-i havada zərərsizləşdirildi. Dördü isə Kiyevin yaşayış massivlərini hədəf aldı. Ukraynanın Kiyevdəki siyasi-hərbi beyin mərkəzinin qərargahlarını hədəf alması Kremlin yeni hərbi planından xəbər verir. Onlar Ukrayna müdafiə qüvvələrinin hava hücumundan müdafiədə nə qədər həssas olduqlarını bilirlər. Ukraynanın heç bir şəhəri raket zərbələrindən müdafiə oluna bilmir. Bunun üçün Ukrayna qoşunlarında kifayət qədər HHM sistemləri yoxdur. Olanlar da mütəmadi olaraq sıradan çıxarılır. Bu boşluğu onlar heç cürə doldura bilmirlər. Ruslar isə onların bu zəif yerindən məharətlə istifadə edirlər. Onlar düşünürlər ki, raketlər sərf ediləcəksə, ikinci-üçüncü dərəcəli şəhərləri dağıtmaqdansa, Ukraynanın əsas siyasi-hərbi beyin mərkəzi yerləşən Kiyev niyə hədəf olmasın ki? Bu raket zərbələri həm də Ukrayna siyasilərinin indiki hədlərdə masaya oturmasını “məcburetmə əməliyyatı”nın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Ruslar Ukrayna paytaxtının bu raket zərbələrinə nə qədər tab gətirəcəyini test etməkdə israrlı görünür.

Ruslar Kiyevi vurmaqla həm də onu göstərirlər ki, onlar təkcə Donetsk və Luqanskla kifayətlənməyəcəklər. Ruslar Kiyev və digər iri şəhərləri vurmaqla ukraynalılara da mesaj verir ki, geri gəlməsinlər. Hər an həyatları təhlükədə olacaq.

Bunun xaricində, əməliyyat şəraitində, xüsusən də təmas hədlərində ciddi dəyişiklik baş vermədi.

123-cü gündə də mövqe döyüşləri davam etdi. Tərəflər bir-birinə artilleriya, minaatan və raket zərbələri ilə itki verdirməyə çalışdı.

Bu gün Severodonetsk istiqamətində əsas döyüşlər “promzona” ərazisində getdi. İntensiv döyüşlər “Azot” zavodunun ərazisində gedir. Ukrayna müdafiə qüvvələri buradan Lisiçansk istiqamətinə çəkilərək yeni mövqelərdə möhkəmlənməyə çalışırlar. Lisiçansk ərzisi də artilleriya və minaatan atəşləri ilə vurulmağa davam edir. Lisiçanskın cənubundan Rusiya qoşunlarının həmlələri davam etdi. Ciddi irəliləyiş olmadı. Düşünürəm ki, ruslar Lisiçansk qruplaşmasını cənubdan mühasirəyə almaq cəhdlərini sabah da davam etdirəcəklər.

Lisiçansk-Baxmut avtomobil yolu təminat yolu olaraq istifadə oluna bilmir. Çünki hər iki tərəfin atəşi altındadır.

Baxmut, Slavyansk, İzyum istiqamətində ruslar həmlə cəhdlərini davam etsə də, uğur qazana bilmədilər.

Donetsk istiqamətində rusların bir neçə silah-sursat anbarı Ukrayna artilleriyası tərəfindən sıradan çıxarıldı.

Xerson və Xarkov istiqamətində, əsasən, artilleriya divizionları və minaatan batareyaları döyüşdülər. Hər iki tərəf öz mövqelərini qoruya bildi.
Nikolayev şəhəri Krım ərazisindən vurulur. Lvov və Jitomir vilayətləri də artilleriya və raket zərbələri ilə vuruldu.

Gün ərzində əməliyyatlar teatrında Ukrayna şəhərlərinin Rusiya strateji bombardmançılarının raket zərbələri ilə Belarus ərazilərindən vurulması yenilik oldu. Görünən odur ki, Belarus siyasi-hərbi hakimiyyəti də passiv faza olaraq öz iştirakını artıq göstərməkdədir. Buna əsas səbəb Belarus ərazisində Kreml və Minsk rəhbərliyinin görüşü oldu. Rusiyanın Belarusa “İskəndər” raket kompleksi briqadasını verəcəyi gözlənilir. Xüsusən də bu onlara Litvaya çəkindirmə vasitəsi kimi təzyiq üçün lazım olacaq. Kalininqrad bölgəsində Rusiya qoşunlarının hərbi təliminin keçirilməsi də bu konteksdədir. Rusiya Litvada ikinci cəbhənin açılmasına hazırlıq görüntüsü yaradır. Lakin praktiki olaraq bu çox riskli qərar ola bilər. Bu istiqamətdə siyasi böhranın bitmədiyini düşünürəm. Hərbi mərhələyə keçmək üçün siyasi böhran dalana dirənməlidir.

Bu gün G-7 sammiti günə damğasını vurdu. G-7 liderləri Rusiya Prezidentini ələ saldılar. Onlar onu at üstündə əzələ nümayişi üzərindən məsxəriyə qoydular. Bu da psixoloji müharibənin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Onlar müharibənin dayandırılması və ya davamı barədə yekdil fikrə gələ bilmirlər.

G-7 sammitində alınan qərarlardan biri də Rusiyanın qızıl idxalına qadağa qoyulması barədə oldu. ABŞ, İngiltərə, Almaniya, Fransa, Yaponiya, İtaliya və Kanada liderlərinin eyni masa ətrafında toplaşdığı sammitdə Rusiyadan qızıl idxalına qadağa qoyulması barədə qərar çıxdı. Belə ki, Rusiyanın ixrac etdiyi mallar arasında qızıl ikinci yeri tutur. Ötən il Rusiya qızıl ixracından 15 milyard 450 milyon dollar gəlir əldə edib. Əgər bu qadağa baş tutsa, Rusiya iqtisadiyyatı üçün ağır zərbələrdən biri olacaq.

Əməliyyatlar teatrındakı vəziyyəti G-7 sammitinin qərarlarının, yoxsa Rusiyanın raket zərbələrinin dəyişəcəyini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

645
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv