!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 127-ci GÜNÜ: Kremlin “xoş niyyət”inə ciddi dirəniş - TƏHLİL

!Reklam – Yazi

127 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 127 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 563 ədəd, səhra artilleriyası və minaatanlar – 765 ədəd, YARS (yaylım atəşli reaktiv sistemi) – 249 ədəd, HHM sistemi – 103 ədəd, təyyarələr – 216 ədəd, helikopterlər – 182 ədəd, qanadlı raket – 153 ədəd, PUA – 637 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 859 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 916 ədəd, səhra artilleriyası və minaatanlar – 3 059 ədəd, YARS (yaylım atəşli reaktiv sistemi) – 554 ədəd, HHM sistemi – 361 ədəd, təyyarələr – 224 ədəd, helikopterlər – 134 ədəd, PUA – 1 400 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz iyirmi yeddinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyevin sözlərinə görə, gün ərzində Rusiya qoşunları bütün istiqamətlərdə hücum cəhdlərini davam etdirib:

“Rusların hücum cəhdləri öncəsi artilleriya bölmələri bu hücumları dəstəkləməyə davam etdi.

Çerniqov və Sumsk vilayətlərinin ərazilərinə Rusiya qoşunlarının raket-artilleriya bölmələri tərəfindən zərbələr endirildi. Ölən və yaralananlar oldu.

Xarkov istiqamətində vəziyyət gərgin olaraq qaldı. Bu istiqamətdə ruslar Ternevoy yaşayış məntəqəsini nəzarətə götürərək Rubejnoe ətrafına çatdılar. Rusların bu istiqamətdə müdafiəni yararaq irəliləməsi ruslara artilleriya bölmələrinin mövqelərini irəli çəkməyə şərait yaratdı. Artıq onlar Xarkovu rahatlıqla artilleriya atəşi altına ala bilirlər. Gün ərzində Xarkov atəş zərbələri altında idi.

Slavyansk istiqamətində də ruslar hücumları davam etdirdi. Ciddi uğur əldə olunmadı. Əvvəlki vəziyyətinə qaytarıldılar.

Lisiçansk istiqamətində az-az da olsa, irəlilədilər və Malo Ryazançova yaşayış məntəqəsinə çatdılar. Ukrayna bölmələri geri çəkilməyə məcbur oldu.

Lisiçanskın mühasirəyə düşmə riski daha da artmış görsənir. Severodonetsk çayının sağ sahilindən artilleriya batareyalarının atəşləri ilə Lisiçanskı vurmağa davam etdi. Bu bölgədə əməliyyat vəziyyəti Ukrayna qoşunları üçün arzuolunan deyil. Lisiçanskın təhvil verilməsinə çox az vaxt qaldı. Lisiçansk-Baxmut yolu tamamilə ruslar tərəfindən nəzarətə götürülüb. Beloqorovka məntəqəsi itirilərsə, Lisiçansk tam mühasirəyə düşəcək.

Baxmut istiqamətində rusların ciddi hücum cəhdləri davam etdi. İllovaysk istiqamətində Ukrayna qoşunları qismən uğurlu əks-hücum keçirərək az da olsa, irəliləyə bildi.

Xerson istiqamətində Ukrayna bölmələri 50 kilometr dərinliyə qədər atəş zərbələri endirə bildilər. Xerson istiqamətində Ukrayna bölmələri qismən də olsa, şəhərə yaxınlaşa bildi. Xerson artıq binoklla asan müşahidə olunacaq məsafədədir. Bu istiqamətdə Ukrayna ordusu aviasiya uçuşları da həyata keçirdi. Artıq aviasiya vasitələri də hücum edən bölmələrə raket zərbələri ilə atəş dəstəyi verməyə başlayıb. Bu istiqamətdə Potiyomkino yaşayış məntəqəsi azad edildi.

Nikolayev şəhəri də gün ərzində raket zərbələri ilə bombalandı. Ölənlər və yaralananlar oldu.

Rusiya Baş Qərargahının açıqladığı məlumata görə, Ukraynanın ruslara əsir düşən hərbçilərinin sayı 6 min nəfərdən çoxdur. Onlardan yalnız 144-ü mübadilə edilib. Bu, Ukrayna ordusu üçün çox ciddi itki sayılır.

Bu gün Rusiya bölmələri İlan adasını tərk etdi. Ukrayna raketləri ilə adada qiyməti 15 milyon dollar olan “PANSİR” HHM kompleksi sıradan çıxarılmışdı.

Ruslar adanı tərk etmələrini “xoş niyyət” adlandırdılar. Bu qədər itkiləri nə üçün verdiklərini və sonunda “xoş niyyət”lə adanı tərk etmələrini anlamaq çətindir. Görünən odur ki, Rusiyanın İlan adasındakı bölmələri Türkiyənin “BAYRAKTAR”larının raketləri qarşısında “ağ bayraq” qaldırdı. Lakin bunu açıq deməmək üçün ən uyğun ifadə “xoş niyyət”dir.

Əməliyyatlar teatrına “xoş niyyət”in, yoxsa ciddi dirənişin hakim olacağını önmüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

652
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv