!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 134-cü GÜNÜ: Kreml rəhbərliyi vəziyyətdən "razı"dır - TƏHLİL

!Reklam – Yazi

134 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 330 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 634 ədəd, səhra artilleriyası və minaatanlar – 810 ədəd, YARS (yaylım atəşli reaktiv sistemi) – 250 ədəd, HHM sistemi – 107 ədəd, təyyarələr – 217 ədəd, helikopterlər – 187 ədəd, qanadlı raket – 165 ədəd, PUA – 660 ədəd, gəmi-kater – 15 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 880 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 940 ədəd, səhra artilleriyası və minaatanlar – 3 073 ədəd, YARS – 560 ədəd, HHM sistemi – 369 ədəd, təyyarələr – 224 ədəd, helikopterlər – 134 ədəd, PUA – 1 415 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz otuz dördüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, tərəflər arasında döyüşlərin intensivliyi əvvəlki günlərdəki kimi davam etdi:

“134-cü gün əməliyyatlar teatrında döyüşlər eyni templə davam etdi, tərəflərin əməliyyat şəraitində ciddi dəyişiklik baş vermədi.

Gün ərzində, əsasən, tərəflərin mövqe döyüşləri və raket-artilleriya dueli davam etdi. Bütün cəbhə boyu tərəflərin taktiki vəziyyətində nisbi sakitlik hökm sürdü.

134-cü gündə Sumsk vilayətinin bir çox yaşayış məntəqələri Rusiya artilleriya batareyalarının intensiv atəşinə məruz qaldı. Raket zərbələri üçün ordu aviasiyasının hərbi helikopterləri də əməliyyata cəlb olundu. Ölən və yaralananlar oldu.

Gün ərzində Rusiya Strateji Raket Qüvvələrinin Xarkov istiqamətində atılan “İsgəndər” operativ-taktiki raketlərinin ikisi buraxılış qurğusundan buraxılandan dərhal sonra qurğunun yanında partladı. Bu da, öz növbəsində, “İsgəndər” OTR komplekslərinin texniki vəziyyətinin hansı halda olduğundan xəbər verir.

Rusiya qüvvələri bütün istiqamətlərdə təminat yollarını uzaqdan minalama vasitələri ilə minalayır. Artıq cəbhəyanı yollarda hərəkət etmək hər iki tərəf üçün təhlükəsiz deyil.

Slavyansk istiqamətində Rusiyaya birinci eşalon bölmələrinin Kurilka və Mazanovka yaşayış məntəqələri istiqamətində hücum cəhdləri oldu. Müdafiənin dayanıqlılığını test etmiş oldular. Ciddi irəliləyiş olmadı.

Luqansk vilayətinin Ukrayna qüvvələri nəzarəti altında olan Beloqorovka yaşayış məntəqəsi uğrunda şiddətli döyüşlər getdi. Luqanskın bu hissəsi uğrunda ciddi döyüşlərin gedəcəyi gözlənilir.

Kramatorsk yaşayış məntəqəsi də əsas hərbi hədəf idi. Gün ərzində Kuzminovka yaşayış məntəqəsi artilleriya zərbələri altında oldu.

Baxmut yaşayış mətəqəsi istiqamətində həm aviasiya zərbələri, həm də artilleriya zərbələri endirildi.

Zaporojye və Avdeyevka bölgələrində də mövqe döyüşləri getdi. Artilleriya duelində tərəflərin vəziyyəti eyni idi.

Xerson istiqamətində Rusiya xüsusi təyinatlı həmlə qrupları aktiv oldular.

Gün ərzində əməliyyat vəziyyəti belə idi. Əməliyyat şəraitinə hələ də Rusiya qoşunları nəzarət etməkdədir. Əsas etibarı ilə döyüşlərin gündəmini onlar müəyyən edir. Ukrayna qoşunları yalnız bacardıqları qədər onları durdurmağa və əlverişli mövqelərdə müdafiə olunmağa çalışırlar.

Bu gün Böyük Britaniyanın Baş naziri Boris Consonun istefası ilə yadda qaldı. Hər bir halda, o, Ukrayna rəhbərliyini ciddi dəstəkləyirdi. Avropada ciddi siyasi çəkiyə malik idi və Kreml rəhbərliyinə istehza edirdi. Boris Consonun istefası Rusiya tərəfini sevindirib. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov: “O bizi, həqiqətən də, sevmirdi, biz də onu sevmirdik”, – deyib.

Bu arada, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Consonun “öz əlindən çıxan bumeranqla vurulduğunu” deyib və onun əsas hədəfinin Rusiyanı məhv etmək olduğunu bildirib.

Ukrayna tərəfi isə Boris Consona Ukraynaya dəstək verdiyi üçün təşəkkür edib.

İndiki məqamda Rusiya tərəfi daha sevincli görünür.

Gün ərzində Kreml rəhbərliyi keçirdiyi toplantılarda, əsasən, Şimal Mərkəz və Cənub Ordu komandanlarının apardıqları əməliyyatlardan razı qaldığını bildirdi. Xüsusən də Luqanskın nəzarətə götürülməsi siyasi rəhbərliyi həddindən artıq razı salıb. Luqanskın nəzarətə götürülməsi ilə, nəhayət ki, 4-5 aydan sonra ordu haqqında xalqa deyilə biləcək uğurlu əməliyyat baş vermiş oldu. İndi Şimal və Cənub Ordu Qrup komandanlarından da uğurlu əməliyyat tələb olunacaq. Rusiya Mərkəz Ordu Qrup Komandanlığı bunu etməyi bacardısa, digərləri niyə etməsin ki?

Rusiya Federasiyasının digər Cəbhə Komandanlarının “qəhrəmanlıq” etməyi bacarıb-bacarmayacaqlarını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

922
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv